
Çin Dövlət Gəmiqayırma Korporasiyası Şanxayda Çinin ilk ağıllı okean kəşfiyyat gəmisini inşa edib.
Yeniavaz.com “China Daily” qəzetinə istinadla xəbər verir ki, gəmi eyniadlı Şanxay Universitetinin şərəfinə “Tuntszi” adlandırılıb.
Gəminin baş konstruktoru Li Çjenxua 2000 tonluq gəminin səssiz və ağıllı tədqiqat gəmilərinin yeni nəsli olduğunu bildirib.
Elektrik reaktiv mühərriki ilə işləyən gəmini sahildən uzaqdan idarə etmək mümkündür.
O, açıq sularda avtonom naviqasiya və enerji səmərəliliyinin intellektual idarəetmə sistemi ilə təchiz edilib.
“Tuntszi” buzlu okeanlar istisna olmaqla, bütün okean sularənda hərəkət edə bilir.
Gəminin uzunluğu 81,5 m, eni 15 m, su çəkmə qabiliyyəti isə 6,9 m-dir. Gəmi 45 sərnişin qəbul edə bilir və sürəti 15 düyünə (27 km/saat) çatır.
Elektrik gəmisi 80 000 dəniz mili kruiz məsafəsinə malikdir və 35 günə qədər avtonom şəkildə işləyə bilir.