Trampın tarifləri ABŞ büdcəsinə 50 milyard dollara yaxın gəlir gətirdi


ABŞ Prezidenti Donald Trampın xarici mallara tətbiq etdiyi əlavə rüsumlar ölkə büdcəsinə əlavə 47 milyard dollar gəlir gətirib.
Yeniavaz.com
“Financial Times” (FT) qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin ikinci rübündə gömrük rüsumları ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 47 milyard dollar artaraq, 64 milyard dollara çatıb.
İqtisadçılar hesab edirlər ki, ABŞ-nin qlobal iqtisadiyyatda mərkəzi rolu ölkə üçün ticarətə faydalı təsir göstərib.

DİGƏR XƏBƏRLƏR

Top