
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Və bu, bizim balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur”, - o, qeyd edib.
Paşinyan həmçinin, Ermənistanın ŞƏT-in tərəfdaşı olduğunu bildirib.
Qeyd edək ki, hazırda ŞƏT-ə Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistan daxildir.