
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində həbs qərarı verib.
Yeniavaz.com “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Təqsirləndirilən şəxs barəsində 14.09.2025-ci il tarixinədək 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - məlumatda bildirilib.
Məlumata görə, M.Şıxlinski “dövlət məmuruna qarşı zorakılıq” işi üzrə ittiham edilib.
Məhkəmə M.Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.
Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.
Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını tələb edib.
M.Şıxlinski həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.