
Avropa Komissiyası (AK) 2028-2034-cü illər üçün Aİ-nin növbəti yeddi illik büdcəsini 800 milyard avro artırmaqla, 2 trilyon avroya çatdırmağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin yeni büdcəsinin formalaşdırılması üzrə təkliflərə dair bəyanatında bildirilib.
“Avropa Komissiyası 2 trilyon avro səviyyəsində yeni Aİ büdcəsinin formalaşdırılmasını təklif edib”, - sənəddə qeyd edilib.
Avropa Komissiyası təhlükəsizlik risklərinin artdığını əsas gətirərək Rusiya, Belarus və Ukrayna ilə həmsərhəd olan Aİ ölkələrinə əlavə maliyyə ayırmağı təklif edib.