
Suriya Baş Qərargahı kompleksinə endirilən zərbədən sonra İsrail ordusu Suriya paytaxtında daha bir hədəfə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəf Ərəb Respublikası prezidentinin sarayının yanında yerləşən “hərbi obyekt” olub.
Dəməşqdəki Baş Qərargah kompleksinə əvvəlki zərbəni şərh edən ordu bunu Suriyanın cənubunda vəziyyətin gərginləşməsi ilə əlaqələndirib.
Digər tərəfdən, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Əl Vətən” qəzeti dəqiqləşdirib ki, Dəməşqdəki bütün xəstəxanalar bütün yaralıları qəbul etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.
Israel is bombing Damascus pic.twitter.com/ogVadsmfRq
— Amukelani Moyani (@AmukelaniMoyani) July 16, 2025