Ali Rada Ukrayna hökumətini istefaya göndərdi


Ali Rada səs çoxluğu ilə Denis Şmıqalın Ukraynanın baş naziri vəzifəsindən azad edilməsinə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə deputat Aleksiy Qonçarenko məlumat yayıb.
Ukrayna qanunvericiliyinə uyğun olaraq, baş nazirin istefası ilə bütün hökumət də istefa verib.
261 deputat Şmıqalın vəzifədən azad edilməsinin lehinə səs verib, 4 deputat bitərəf qalıb, 55 deputat səs verməyib. Hökumətin istefaya göndərilməsində 226 səs lazım olduğu üçün qərar yekdilliklə qəbul olunub.
İstefa verən nazirlər iyulun 17-də yeni hökumət təyin olunana qədər vəzifələrini davam etdirəcəklər.
Qeyd edək ki, bir gün əvvəl isə Denis Şmıqal Ukraynanın baş naziri vəzifəsindən istefa ərizəsi verib. İyulun 16-da parlamentin dövlət quruculuğu komitəsi istefanı təsdiqləyib.
Xatırladaq ki, yeni baş nazirin hazırkı baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenkonun olacağı gözlənilir. Keçmiş baş nazir Denis Şmıqalın isə müdafiə naziri təyin edilməsi planlaşdırılır. Müdafiə naziri Rustem Umerovun ABŞ-də səfir olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top