“Real Madrid” Klublararası Dünya Çempionatının iki ildən bir keçirilməsini təklif edir


İspaniyanın “Real Madrid” klubu Beynəlxalq Futbol Federasiyası (FİFA) ilə danışıqlar zamanı Klublararası Dünya Çempionatının iki ildən bir keçirilməsini təklif ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, keçmiş klublararası dünya çempionatının oyunlarına bilet satışının 25%-i “Real Madrid” azarkeşlərinin payına düşüb. Bu baxımdan, Madrid klubu turnirə pul qazanmaq imkanı kimi baxır.
Qeyd edək ki, növbəti klublararası dünya çempionatı 2029-cu ildə keçiriləcək. Artıq Qətər turnirə ev sahibliyi etmək arzusunu ifadə etsə də, FİFA turnirin 2030-cu ildə milli komandalar arasında dünya çempionatının keçiriləcəyi İspaniya, Mərakeş və Portuqaliyada təşkilinə üstünlük verəcək.

DİGƏR XƏBƏRLƏR

Top