Trampın antireytinqi yeni rekorda imza atdı


ABŞ Prezidenti Donald Trampın antireytinqi yeni rekorda imza atıb.  
Yeniavaz.com
“The Hill”ə istinadla xəbər verir ki, bunu “YouGov” tədqiqat xidmətinin sorğusunun nəticələri sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 55%-i Trampın siyasətini mənfi, 41%-i isə bunu müsbət qiymətləndirib.
Bir neçə həftə əvvəl bu rəqəmlər müvafiq olaraq 53% və 42% olub.
“YouGov” sorğusu 11-14 iyul tarixlərində 1680 ABŞ vətəndaşı arasında keçirilib.
Mütəxəssislərı görə, reytinqin aşağı düşməsi əsasən demokrat seçicilərin, həmçinin bitərəflərin dəstəyinin azalması ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top