Paşinyan Azərbaycanın ərazi bütövlüyünü daha əvvəl tanımalı olduğunu deyib


“2022-ci il oktyabrın 6-da baş nazir kimi mən Ermənistanın ərazi bütövlüyünü tanımışam. 2022-ci il oktyabrın 6-da mən, həmçinin Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışam. Bunu qəbul edirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 16 iyul tarixində keçirilən mətbuat konfransında deyib.
“Hesab edirəm ki, hətta səhv etmişəm ki, vəziyyəti düzgün qiymətləndirmədiyim üçün bunu daha əvvəl etməmişəm. Səbəblər həm sosial-psixoloji, həm də başqa idi”, – deyə Paşinyan vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top