Konsertdə söyüş söyən reper həbs edildi – Yenilənib


Konsertdə söyüş söydüyünə görə saxlanılan Epi ləqəbli reper Əkbər Novruzlu həbs edilib.
Yeniavaz.com
“Qafqazinfo”ua istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, ona 1 ay müddətinə inzibati həbs cəzası verilib.

***14:05 
Epi adı ilə tanınan reper Əkbər Novruzlununun polis tərəfindən saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer alması səbəb olub.
“Bakı bulvarındakı tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Hazırda reperlə bağlı araşdırma aparılır”, - sayt yazır.

DİGƏR XƏBƏRLƏR

Top