
Baş nazir Nikol Paşinyanın təqdimatı ilə Hakob Simidyan Ermənistanın ətraf mühit naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryanın fərman imzalayıb.
“Konstitusiyanın 131-ci maddəsinə və “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən baş nazirin təqdimatı ilə Hakob Simidyan ətraf mühit naziri vəzifəsindən azad edilir”, - sənəddə deyilir.
Digər fərmanla Hambartsum Matevosyan Ermənistanın ətraf mühit naziri vəzifəsinə təyin edilib.