
Ermənistan Fransaya hərbi attaşe təyin edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu vəzifəyə Artur Aznavuryan təyin edilib.
Müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Aznavuryan vəzifəsinin icrasına bu il avqustun 1-də başlayacaq və üç il Fransa paytaxtında vəzifədə olacaq.
Artur Aznavuryan bundan əvvəl Ermənistanın İrandakı hərbi attaşesi olub.