Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu tarixdə qəbul edə bilər


Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ-nin sabah növbəti, 18-ci anti-Rusiya sanksiyalar paketini qəbul edəcəyini istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra bildirib.
“Ümid edirəm ki, bu paket günlər deyil, saatlar ərzində - yəni bəlkə sabah qəbul olunacaq”, - Sikorski məsələ ilə bağlı jurnalistin sualına cavabında qeyd edib.
Nazirin sözlərinə görə, Rusiyanın enerji resursları üçün yeni qiymət tavanı yeni sanksiyalar layihəsində qalır.

DİGƏR XƏBƏRLƏR

Top