Zelenski Ottava Konvensiyasını dayandırdı


Ukrayna Prezidenti Volodimir Zelenski piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasını dayandıran qanunu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Telegram” kanalında bildirib.
Ali Rada piyada əleyhinə minalar haqqında konvensiyanın Ukrayna üçün dayandırılması haqqında qanun layihəsini iyulun 15-də təsdiqləyib. Ukrayna hökuməti isə sənədi Ali Radaya Zelenskinin sərəncamına uyğun olaraq iyulun 11-də təqdim edib.
Qeyd edək ki, bundan əvvəl Latviya, Litva, Polşa, Finlandiya və Estoniya Ottava Konvensiyasından çıxdıqlarını bəyan ediblər.
Xatırladaq ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və 164 ölkə bu konvensiyaya qoşulub. Ukrayna isə bu konvensiyanı 1999-cu ildə imzalayıb və 2005-ci ildə ratifikasiya edib.

DİGƏR XƏBƏRLƏR

Top