
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Körpü-Bina-Tikinti” MMC ilə (VÖEN- 3100026151) satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə, “Körpü-Bina-Tikinti” MMC ötən ilin dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, Ü.Hacıbəyov 19 ünvanında baş verən partlayış zamanı zədələnən 5 mərtəbəli 6 bloklu yaşayış binasının 1-ci blokunun söküntüsü, 2-ci və 3-cü bloklarında təmir işlərini həyata keçirəcək və qarşılığında 238 min 807 manat 47 qəpik alacaq.
Məlumat üçün bildirək ki, satınalma müqaviləsinin icrasına 17 iyun 2025-ci il tarixində başlanılıb və 17 oktyabr 2025-ci il tarixində başa çatacaq.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.
Elnur Əli