
Bu ilin ilk 5 ayı ərzində Azərbaycan Fransadan 99 milyon 467 min dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Fransadan idxalı dəyər ifadəsində 5,8 milyon dollar və ya 6,2% artıb.
Qeyd edək ki, eyni dövrdə Azərbaycanın Fransaya ixracı 19 dəfə azalıb. Belə ki, 2023-cü ilin ilk 5 ayında Azərbaycan Fransaya 61 milyon dollar dəyərində məhsul ixrac etdiyi halda, bu ilin ilk 5 ayında bu göstərici cəmi 3,2 milyon dollar olub.
Nəticədə, son bir ildə Azərbaycan və Fransa arasında ticarət dövriyyəsində mənfi saldo 3 dəfə artaraq 32,6 milyon dollardan 96,3 milyon dollara yüksəlib.
Elnur Əli