Gürcüstanda azərbaycanlı deputat kənd sakininə çaynik atdı – Video


Gürcüstanda azərbaycanlı deputat kənd sakininə çaynik atıb.
Yeniavaz.com
Aktual.ge-yə istinadla xəbər verir ki, buna səbəb sözügedən şəxsin deputatı təhqir etməsi olub.
Bildirilir ki, kənd sakini yol probleminin olduğunu deyib və deputat Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu bu problemin həlli istiqamətində iş görməməkdə günahlandırıb.
Davam edən müzakirə zamanı kənd sakini deputatı təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb.
Həmin anların görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top