
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası Vaşinqtonun Ermənistandakı Zəngəzur dəhlizinə nəzarət etmək niyyətindən xəbərsiz olduqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.
“Bu barədə məlumatımız yoxdur, ona görə də şərh verə bilmərik”, – deyə administrasiyadan agentliyə bildirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Türkiyədəki səfiri, Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın bu barədə bəyanatı olub. Diplomat iddia edib ki, Vaşinqton Bakı və İrəvan arasında danışıqları irəli aparmaq məqsədilə Zəngəzur dəhlizinin idarəsini öz üzərinə götürməyə hazırdır.