
Portuqaliyalı Xorxe Jesus Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilənin müddəti göstərilməyib. İyulun 25-də “Əl-Nəsr” 2024-cü ilin sentyabrından komandaya rəhbərlik etmiş italiyalı baş məşqçi Stefano Piolinin istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Jesusun 70 yaşı var və 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Superkubokunu, bir dəfə isə ölkə çempionatı və kubokunu qazanıb. Əvvəllər o, üç dəfə ölkə çempionu olduğu (2010, 2014, 2015), kubokun (2014) və ölkə superkubokunun (2010, 2011, 2012, 2014, 2015) qalibi olduğu Portuqaliya “Benfika”sına rəhbərlik edib. Bundan başqa, Jesus Braziliyanın “Flamenqo”, Türkiyənin “Fənərbağça”, Portuqaliyanın “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moyrense” və “Vitoriya Gimarayş” klublarına rəhbərlik edib.