Ukraynanın müdafiə naziri o olacaq


Ukraynanın Baş naziri Denis Şmıqal yaxın günlərdə gözlənilən istefasından sonra ölkənin müdafiə naziri postunu tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə elan edib.
“Denis Şmıqalın nəhəng təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq – məhz bu sahədə hazırda ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət var”, - Zelenski videomüraciətdə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top