Qəzzada ölənlərin sayı 58 mini keçdi

 
İsrailin Qəzza zolağına qarşı apardığı müharibədə həlak olan fələstinlilərin sayı 58 mini keçib.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, İsrailin hücumlarə nəticəsində ölənləein ümumi sayı 58 026, yaralananların sayı isə 138 500 nəfərə çatıb.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü il oktyabrın 7-də başlayan müharibədən bəri həlak olanların yarıdan çoxunun qadın və uşaqlar olduğunu bildirib.
Digər tərəfdən, telekanal xəbər verir ki , son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 95 fələstinli ölüb, 17 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top