
ABŞ Prezidenti Donald Tramp NATO vasitəsilə Ukraynaya göndəriləcək hərbi yardımın həcminin milyardlarla dollar təşkil edəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
Amerika lideri bu bəyanatla məqsədinin çox böyük razılaşma əldə edildiyini elan etmək olduğunu bildirib.
“Bu bəyanatın məqsədi budur: Biz çox böyük razılaşma əldə etdik. ABŞ-dən milyardlarla dollar dəyərində hərbi texnika alınacaq, NATO və digər müttəfiqlərə paylanacaq və tez bir zamanda döyüş meydanına çatdırılacaq. Ukrayna da onu qəbul edəcək”, - Tramp bildirib.