İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb


İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasının efirində bildirib.
“Bu gün biz 1062 nəfəri dəfn etmişik. İsrailin cinayətləri nəticəsində daha 5800 nəfər yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, - Ohadi əlavə edib.
Digər tərəfdən, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, İsrailin hücumları nəticəsində İranda öldürülən qadın və uşaqların sayı müvafiq olaraq 126 və 41-ə çatıb.
“İsraillə 12 günlük müharibə zamanı ən çox itki dinc sakinlər arasında qeydə alınıb: 126 qadın və 41 uşaq öldürülüb”, - o, İran Xarici İşlər Nazirliyinin həftəlik brifinqində bildirib.
Kolivandın sözlərinə görə, İsrailin hücumları nəticəsində 400-ə yaxın yaşayış binası tamamilə dağılıb, 8200-dən çox yaşayış binası isə zərər görüb.
“Beş tibb işçisi ilkin tibbi yardım göstərərkən həlak olub. Onların avtomobili birbaşa vurularaq tamamilə yanıb”, - rəsmi əlavə edib.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumuna başlayıb. ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra iyunun 22-nə keçən gecə İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük “Əl Udeyd” aviabazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top