
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Paşinyan orada Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Mətbuat xidməti həmçinin bildirib ki, Paşinyanla Makron arasında görüş Yelisey sarayında planlaşdırılır.
Qeyd edək ki, axırıncı dəfə Paşinyan Makronla 2024-cü ilin dekabrında Parisdə görüşüb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlar aparıb. O, həmçinin, Aİ-nin genişlənmə üzrə komissarı Marta Koş və Belçikanın baş naziri Bart de Veverlə görüşüb.