“Subo” Rusiyada axtarışa verildi – KİV


Rusiyada tanınmış azərbaycanlı bloger Sübhan Məmmədov (Subo – red.) barəsində cinayət işi açılıb.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, o, 50 milyon rubldan (təxminən 1,08 milyon manat) artıq vergi ödəməməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Qeyd olunub ki, blogerin doğma qardaşı Samir Məmmədov saxlanılıb.
“İstintaqın versiyasına görə, o, Suboya pulların yuyulmasında və Subonun Dubaya qaçışından sonra onun əmlakını (Moskva şəhərində bir neçə mənzil və lüks avtomobil parkı) satmaqda kömək edib. Bundan əlavə, məlum olub ki, blogerin özü, atası və qardaşları hərbi qeydiyyata durmaq vəzifəsini də yerinə yetirməyiblər”, - “Rumafia” yazır.
Bildirilir ki, həmçinin Subonun siması və həmtəsisçisi olduğu “Soul” burger şəbəkəsinin rəhbərlərindən biri dindirməyə aparılıb. İstintaq onun da bu işdə mümkün rolunu araşdırır.
Qeyd edək ki, Sübhan Məmmədov dəfələrlə Rusiyada müxtəlif səbəblərlə istinta cəlb olunub və Rusiya vətəndaşlığından məhrum edilib. Bildirilir ki,o öz barəsində bilərəkdən yalan məlumat təqdim edərək Azərbaycan vətəndaşlığını saxlayıb.
Hazırda Sübhan Məmmədovun axtarışa verildiyi bildirilir. Onun İnstaqramda 13,5 milyon izləyicisi var.

DİGƏR XƏBƏRLƏR

Top