
“İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibə zamanı İsrailin hücumlarından birində ayağından yaralanıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Bildirilib ki, müharibə başlayandan bir neçə gün sonra Tehranın qərbində yerləşən binada üç hakimiyyət başçılarının (prezident, parlamentin spikeri və məhkəmə hakimiyyətinin rəhbəri) iştirakı ilə toplantı keçirilib.
İclas zirzəmidə keçirilib. İran mediasının məlumatına görə, əməliyyat “Hizbullah”ın lideri Həsən Nəsrullahın Beyrutda məhv edilməsini xatırladıb:
“Evakuasiya yollarını bağlamaq və hava axınını kəsmək məqsədilə binanın giriş-çıxışlarına 6 ədəd idarə olunan sursatdan atəş açılıb. Partlayışlar elektrik enerjisini kəsdi, lakin yüksək səviyyəli şəxslər əvvəlcədən hazırlanmış təcili çıxış yolu ilə obyekti tərk edə bildilər.
Təxliyə zamanı orada olanlardan bəziləri, o cümlədən prezident Pezeşkian yüngül xəsarət alıb”.