Ankarada 26 mərtəbəli binada yanğın – Ölənlər var


Ankaranın Alacaatlı məhəlləsindəki yaşayış kompleksində 26 mərtəbəli binanın 4-cü mərtəbəsində ötən gün axşam saatlarında yanğın baş verib.
Yeniavaz.com
TRT-yə istinadən xəbər verir ki, alov sürətlə digər mərtəbələrə keçib.
Xəbər alındıqdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis, tibb işçiləri və AFAD qrupları sövq edilib. Ekipajlar binanın sakinlərini təxliyə edib.
Təxminən 4 saat davam edən yanğından sonra yanğın nəzarət altına alınıb. Ekipajlar binanı soyutmağa davam edir.
Yanğınsöndürənlərin məlumatına görə, yeddi yanğınsöndürən də daxil olmaqla 39 nəfər tüstüdən zəhərlənib.
Təcili Tibbi Yardım qrupu hadisə yerində 26 nəfərə tibbi yardım göstərib, daha 20 nəfər xəstəxanaya aparılıb.
İlkin məlumata görə, 3,5 aylıq körpə də daxil olmaqla 3 nəfər tüstüdən zəhərlənərək ölüb.
Xəstəxanaya çatdırılanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Yanğının səbəbi hələlik bəlli deyil. 

DİGƏR XƏBƏRLƏR

Top