“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” – Rusiya MN


“İyulun 13-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 36 pilotsuz təyyarəni məhv edib və ələ keçirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Pilotsuz təyyarələrin əksəriyyəti (26) Belqorod vilayətinin ərazisində vurulub. Daha dörd pilotsuz uçan aparat Voronej vilayəti üzərində, üçü isə Lipetsk və Nijni Novqorod vilayətləri üzərində məhv edilib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev gecə saatlarında rayonların birində bir neçə pilotsuz təyyarənin aşkar edilərək məhv edildiyi barədə məlumat verib. O, başqa təfərrüatları açıqlamayıb.
Belqorod vilayətinin Koroçanski rayonunun Melixovo kəndində Ukraynaya məxsus pilotsuz uçan aparat şəxsi evə hücum edib, regionun rəhbəri Vyaçeslav Qladkov bildirib. Onun sözlərinə görə, iki mülki şəxs yaralanıb. Qadında qapalı kəllə-beyin travması, yoldaşında isə barotravma və qol əzilməsi müşahidə edilib. Onlar xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top