
Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Siruz Abasbəyli sosial şəbəkə hesabında yazıb.
O, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, sabiq nazir 1943-cü ildə anadan olub. 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub.