
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


***12:45
Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriyanın “Sana” informasiya agentliyi məlumat yayıb.