
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının silahı yerə qoymasına münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) 32-ci Müşavirə və Qiymətləndirmə Toplantısında çıxış edərkən danışıb.
Ərdoğan PKK terror təşkilatının silahı yerə qoymasını tarixi hadisə adlandırıb.
O bildirib ki, terrorla mübarizə Türkiyə iqtisadiyyatına 2 trilyon dollar zərər vurub.
“Türkiyənin terrorla mübarizə tarixində müəyyən səhv addımlar olub, lakin bu gün ölkə ərazisində terror təşkilatları fəaliyyət imkanından məhrum edilib”, - Ərdoğan deyib.