“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” – Video


Paytaxtın Yeni Suraxanı qəsəbəsi, Abdulla Şəfiyev küçəsinin sakinləri evlərinin çökməsindən narahatdır. Belə ki, bu ərazidə evlərin altından keçən kanalizasiya xətləri çürüyüb, tullantı suları zirzəmilərə dolur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıb.
“Kanalizasiya problemimiz var. 30-40-cı illərdə çəkilən torbalardır. Artıq torba yoxdur, evin altı ilə su gedir. Aşağıdakı məhlədə 2 il əvvəl torbaları dəyişdilər, torba çıxmadı”, - deyə, sakinlərdən biri bildirib.
Digər sakinin sözlərinə görə isə, oğlunun evini yeni təmir etdirib və bütün sular hamısı evin altından axır:
“O gün gəlib çəkiliş ediblər, deyirlər ki, evin altı 3 metr boşalıb. Kanalizasiya evin altına gedir. Uşaqlar xəstəlik tutur”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, sözügedən ünvanda xəttin dəyişdirilməsi ilə bağlı müvafiq işlərə başlanılıb və yaxın günlərdə təmir işlərinə start veriləcək.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top