Rusiya Çernovtsı vilayətini bombaladı – Ölənlər var


Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətini bombalayıb.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, bu barədə Çernovtsı Vilayət Dövlət Administrasiyasının rəhbəri Ruslan Zaparanyuk məlumat yayıb.
O bildirib ki, 12 iyul gecəsi baş vermiş hücum nəticəsində iki nəfər həlak olub.
“Səhər tezdən ruslar vilayətimizi 4 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) və 1 raketlə hücuma məruz qoyublar. Təəssüf ki, düşmən obyektlərinin qəlpələrinin düşməsi nəticəsində Çernovtsıda iki nəfər — 26 yaşlı qadın və 43 yaşlı kişi həlak olub. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə Zaparanyuk qeyd edib.
Onun sözlərinə görə, daha dörd nəfər ağır yaralanıb, həmçinin bir neçə yaşayış evi, mağaza, inzibati bina və avtomobilə ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top