
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”, - məlumatda deyilir.
Qeyd edək ki, PKK terror təşkilatının bir qrupu təşkilatın yaranmasından 47 il sonra İraqın Süleymaniyyə bölgəsində silahı yerə qoyub.