Tramp Rusiya ilə bağlı mühüm bəyanat verəcək


ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanat verəcəyini vəd edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “NBC News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm”, - Tramp qeyd edib.
Amerika lideri qarşıdan gələn bəyanatın məzmunu ilə bağlı hər hansı əlavə təfərrüat verməkdən imtina edib.
“Rusiya məni məyus etdi. Görək, yaxın bir neçə həftə ərzində nə baş verəcək”, - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top