Ağdərədə çoban minaya düşdü – Yenilənib


Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb:
“Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır”.

***09:28
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.
Bildirilir ki, yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb:
“Faktla bağlı araşdırma başlanıb”.

DİGƏR XƏBƏRLƏR

Top