
PKK terror təşkilatının tərksilah olacağı yer və tarix məlum olub.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) sözçüsü Ayşegül Doğan partiya qərargahında təşkil etdiyi mətbuat konfransında elan edib.
Onun sözlərinə görə, PKK 11 iyulda İraqın Süleymaniyyə şəhərində silahı yerə qoyacaq.
“Tarixi dönüş nöqtəsindəyik. PKK 11 iyulda Süleymaniyyədə silahlarını yerə qoyacaq”, - partiya sözçüsü bildirib.
O, həmçinin deyib ki, DEM Partiyası prosesi yerində müşahidə edəcək.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan ikinci dəfə silahı yerə qoymağa çağırdığı videomüraciət yayıb. İmralı həbsxanasında cəza çəkən digər məhkumlarla birlikdə Öcalan həm PKK-ya, həm də ictimaiyyətə müraciət edib.