“Real” açılış oyununun təxirə salınmasını istəyir


“Real Madrid” klubu İspaniya çempionatının ilk turunun oyununun təxirə salınması üçün “La Liqa” rəhbərliyinə rəsmi müracət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, klub İspaniya Futbolçular Assosiasiyası (AFE) ilə birlikdə Klublararası Dünya Çempionatında çıxışların sıx qrafikini əsas gətirərək, “La Liqa” rəhbərliyinə müvafiq sorğu göndərib.
Qeyd edək ki, avqustun 19-da “Real Madrid”in “Osasuna” ilə qarşılaşması planlaşdırılıb. Lakin Madrid klubu bu gün iyulun 9-da dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaq. Əgər klub bu oyundan qələbə ilə ayrılsa, iyulun 13-də “Çelsi” ilə final oyununa çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top