
İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saatda ən azı 95 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadla “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Digər tərəfdən, məlumata görə, mayın 27-dən bəri İsrail hakimiyyətinin ABŞ-nin iştirakı ilə yaratdığı Qəzzaya Humanitar Yardım Fondunun paylama məntəqələrində yardım üçün müraciət edən 751 fələstinli ölüb, 4,9 mindən çox fələstinli yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin təcavüzü nəticəsində ölənlərin ümumi sayı 57,5 mindən çox, yaralananların sayı 136,9 minə yaxın olub.