Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub – AYNA


Xəbər verdiyimiz kimi, bu gün Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayaraq aşmış mikroavtobusun buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olduğunu bildirib.
“Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” qanun, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcının təsdiq etdiyi formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top