
“Rusiya Azərbaycanla hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, ortaya çıxan bütün məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir.
“Məhz bu yanaşma faktiki olaraq ölkələrimizin xalqlarının köklü maraqlarına xidmət edir”, - Zaxarova əlavə edib.