Fransada “Milli Birlik” partiyasının qərargahında axtarış aparıldı


Fransanın radikal sağçı “Milli Birlik” fraksiyasının rəhbəri Jordan Bardella partiyanın qərargahında polis tərəfindən axtarış aparıldığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
Onun sözlərinə görə, partiyanın qərargahından başqa, fraksiya liderlərinin ofislərində də axtarışlar aparılıb.
İstintaq tədbirləri zamanı bütün elektron məktublar, sənədlər və mühasibat sənədləri götürülüb.
Siyasətçinin sözlərinə görə, axtarışın səbəbinin nə olduğu hələlik məlum deyil.
Qeyd edək ki, iyunun sonunda Fransa “Milli Birlik” partiyasının lideri Marin Le Pen parlamentin potensial buraxılmasına hazırlaşmağın zəruriliyindən danışıb.
O, “YouTube” kanalında verdiyi açıqlamada prezident Emmanuel Makronun düşərgəsindəki fikir ayrılığının növbədənkənar seçkilərə şərait yaratdığını qeyd edib.
Xatırladaq ki, martın 31-də Marin Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, siyasətçi 5 il dövlət vəzifəsinə namizəd ola bilməyəcək. Onun cəzasını həbsxanada çəkməyəcəyi və təyin olunan müddəti evdə elektron qolbaqla keçirəcəyi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top