
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında deyib.
Türkiyə lideri parlament seçkilərinin də eyni ildə keçiriləcəyini qeyd edib.
“Konstitusiya və seçki qanunu dəyişmədiyinə görə, prezident və parlament seçkiləri 2028-ci ildə keçiriləcək”, - deyə Ərdoğan ölkənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ müraciətlə bildirib.
Qeyd edək ki, Ö. Özəl ölkədəki bir sıra problemləri əsas gətirərək vaxtaşırı iqtidarı növbədənkənar seçkilərə çağırır.