Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Çin və Belarusdan olan şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuka istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Rusiyaya qarşı yeni sanksiyaları Avropa İttifaqının üç paketi ilə sinxronlaşdırıb.  
Qeyd edək ki, iyunun 20-də Zelenski Rusiya, Çin və Belarusdan olan 56 fiziki və 55 hüquqi şəxsə qarşı sanksiya  tətbiq edib. Söhbət “Geran”, “Orlan-10”, “SuperCam” və FPV dronlarının istehsalı ilə məşğul olan müəssisələrdən gedir.
Mayın 1-də isə Ukrayna prezidenti İsveçrə, Sinqapur və Rusiyada qeydiyyatdan keçmiş 81 şirkətə sanksiya tətbiq edib. Sadalanan hüquqi şəxslərdən 78-i Rusiyada, ikisi Sinqapurda, biri isə İsveçrədə qeydiyyatdadır.

DİGƏR XƏBƏRLƏR

Top