Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək


Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
Onun sözlərinə görə, bu gün Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyan və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan arasında görüş planlaşdırılır.
Digər tərəfdən, məlumata görə, iyulun 10-da Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top