Tramp Klublararası Dünya Çempionatının finalında iştirak edəcək


ABŞ Prezidenti Donald Tramp Klublararası Dünya Çempionatının finalında iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, final oyunu iyulun 13-ü bazar günü İst-Raterfordda (Nyu-Cersi ştatı) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Qeyd edək ki, Tramp fevral ayında “Super Bowl”da iştirak edən ilk prezident olub. May ayında isə o, Vaşinqtonun 2027-ci ildə NFL layihəsinə ev sahibliyi edəcəyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top