
Ukrayna hakimiyyəti 20-yə yaxın səfirini, o cümlədən ABŞ-dəki, həmçinin G7 və G20 ölkələrindəki səfirlərini dəyişmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Andriy Sıbiqa elan edib.
Sibiqa səfirlik işçilərinin rotasiyasının diplomatiya üçün yeni nəfəs olduğunu vurğulayıb.
Digər tərəfdən, “Financial Times” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı səfir Oksana Markarovanı Vaşinqtondan geri çağırmağa söz verdiyini bildirib. Nəşrin yazdığına görə, Markarova ABŞ Demokratlar Partiyasına yaxındır və respublikaçılar tərəfindən tənqid edilir. Buna görə də, səfirin vəzifəsindən kənarlaşdırılması Kiyevə silah tədarükünün dayandırıldığı bir vaxtda Zelenskinin ABŞ Prezidentini razı salmaq cəhdi olacaq.