
Rusiya qüvvələri Ukraynaya, o cümlədən paytaxt Kiyevə pilotsuz təyyarələr və raketlərlə növbəti hücuma keçib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, Rusiya pilotsuz təyyarələrinin hücumlarına görə gecə yarısına qədər Ukraynanın bölgələrində hava hücumu xəbərdarlığı edilib.
Qeyd olunur ki, hava qüvvələri və yerli administrasiyalar vətəndaşları sığınacaqlara sığınmağa çağırıb.
“Gecə yarısından sonra rus qoşunları raketlərlə hücuma keçib, ardınca isə pilotsuz təyyarələrin yeni hücum dalğası başlayıb.
Ukraynanın əksər bölgələrində aviazərbələr iyulun 9-da səhər saat 6:00-da dayandırılıb. Nəticələrə gəlincə, səhər saat 7:00-da Kiyev vilayətinin Brovarı rayonunda bir mülki şəxsin yaralandığı məlum olub”, - UNIAN-ın məlumatında deyilir.