Bolqarıstan 2026-cı ildən avrozonaya daxil olur


Avropa Parlamentinin (AP) üzvləri Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyiblər.
Yeniavaz.com
xəbər verir ki, səsvermə AP-nin Strasburqda keçirilən plenar iclasında keçirilib və parlamentin saytında yayımlanıb.
Sofiyanın avrozonaya daxil olmaq üçün bütün tələbləri yerinə yetirməsi ilə bağlı hesabatın lehinə 531 parlament üzvü, əleyhinə 69 üzvü səs verib, 79 deputat isə bitərəf qalıb.
Avropa Xalq Partiyasından Bolqarıstan parlamentinin üzvü, AP-nin Bolqarıstanın avrozonaya daxil olması üzrə məruzəçisi Eva Maidelin qeyd etdiyi kimi, Bolqarıstan pul ittifaqına qoşulmağa hazırdır.
Bolqarıstanda avroya keçid qərarı etirazlara səbəb olub. Belə ki, iyunun 28-də nümayişçilər hökumətin istefasını tələb ediblər. Bolqarıstan levinin Avropa valyutası ilə əvəzlənməsinin əleyhdarları hesab edirlər ki, bu, respublikaya və onun iqtisadiyyatına ziyan vuracaq, həm də ölkənin suverenliyini məhdudlaşdıracaq.

DİGƏR XƏBƏRLƏR

Top